Qadin.NET / Elmi hesablamalar nəticəsində dünyanın ən yaraşıqlı kişisi seçildi - FOTO

Elmi hesablamalar nəticəsində dünyanın ən yaraşıqlı kişisi seçildi - FOTO

Elmi hesablamalar nəticəsində dünyanın ən yaraşıqlı kişisi seçildi - FOTO


Dünyanın ən yaraşıqlı kişilərinin reytinqi müəyyən edilib.

Bir çox araşdırma və sorğular nəticəsində dünyanın ən gözəl qadınları seçilib. Elmi araşdırmalarda məlum olmuşdu ki, məşhur aktrisa Ember Herdin üz cizgiləri 91,85% ideala uyğundur.

 Qadin.Net bildirir ki, Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə isə alimlər ən yaraşıqlı ulduz kişiləri seçib.

Əlbəttə ki, gözəllik və yaraşıq standartları ola bilməz, lakin bu araşdırmada adları çəkilən məşhurların qızların sevimlisi olduğunu inkar edə bilmərik.

İlk yerin sahibi dünya şöhrətli aktyor Corc Kluni olub. O, bundan əvvəl də planetin ən yaraşıqlı kişilərinin reytinqlərində ilk yerləri tutub. İndi isə bu, elmi araşdırmayla təsdiq edilib. "Qızıl bölgülər" nəzəriyyəsinə əsasən 56 yaşlı aktyorun üz cizgiləri 91,86 % mükəmməldir.

Cazibədarlıq əmsalını necə hesablamalı?

Gülümsəmədən və düz kameraya baxaraq şəklinizi çəkin, saçlarınızı üzünüzdən çəkin. Şəkli A4 formatının kağız vərəqində çıxarın və hesablamalara başlayın.

Üzün proporsiyaları 1,618 sayına nə qədər yaxındırsa, üzünüz bir o qədər ideal hesab edilir:

Burun

Burnun uzunluğunu ən geniş nöqtədən qaşların ortasına qədər ölçün və burunun ən geniş nöqtəsini eninə bölün. Əgər nəticə 1,618-ə bərabərdirsə, burnunuz mükəmməldir.

Dodaqlar

Dodaqların uzunluğunu ölçün və burnun eninə bölün. İdeal dodaqların aldığı ölçü 1,618 olmalıdır.

Mükəmməl üzün ovalı

Üzünüzü 3 hissəyə bölün: saçların başladığı xəttdən qaşlara qədər, qaşların xəttindən burnun ucuna qədər və burunun ucundan çənəyə qədər. Bütün hissələr eyni uzunluq olmalıdır.

11 noyabr 2017
GO BACK