Qadin.NET / Ailə qurmaq istəyənlərin nəzərinə - Nikahdan əvvəl müayinədən keçin

Ailə qurmaq istəyənlərin nəzərinə - Nikahdan əvvəl müayinədən keçin

Ailə qurmaq istəyənlərin nəzərinə - Nikahdan əvvəl müayinədən keçin


2017-ci ildə ailə həyatı qurmağa hazırlaşan 116 min 435 nəfər gəncin nikahdan əvvəl tibbi müayinəsi aparılıb. Onların 13 min 464-nün talassemiya daşıyıcısı olduğu aşkarlanıb. Milli.Az bildirir ki, bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun talassemiya-profilaktika şöbəsinin müdiri Aysel Mikayılzadə deyib.

Ümumilikdə isə bu günə qədər 344729 cütlük müayinədən keçib. Talassemiya aşkarlanan 10 cütlük isə nikaha girməkdən imtina edib.

İnstitutdan onu da bildiriblər ki, müayinələr nəticəsində virus aşkar edildiyi təqdirdə cütlüklərlə söhbət aparılır və gələcəkdə onların övladlarının da həmin xəstəlikdən əziyyət çəkə biləcəyi barədə xəbərdarlıq edilir. Bundan sonra isə seçim etmək və qərar qəbul etmək gənclərin öz üzərinə düşür. 

10 noyabr 2017
GO BACK