Türkiyənin məşhur "Çocuklar duymasın" serialının baş qəhrəmanı, türkiyəli aktyor Bakıya gəlir.
Bu haqda məlumatı əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasova Milli.Az-a verib.
"Tamer Qaradağlı ilə bir neçə aydır ki, danışıqlar aparırdım, nəhayət onu Azərbaycana gətirməyə razı saldım. O əslən azərbaycanlıdır, Bakını çox sevir. Sadəcə olaraq işləri çoxdur, gündəlik serial çəkilişlərində olur. İnşallah, yaxın günlərdə Azərbaycana gəlib, "Məlahətli söhbətlər" verilişimdə qonaq olacaq", - deyə aktrisa bildirib.