Məşhur ifaçı Şakira səs tellərindəki zədəyə görə Avropadakı silsilə konsertlərini ləğv edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı İnstaqram səhifəsində məlumat paylaşıb.
“Son bir neçə günü səs tellərimin müalicəsinə həsr etmişəm. Çox ümid edirdim ki, sağalacam və Parisdə ifa edə biləcəm. Lakin təəssüflər olsun ki, bu, mümkün olmadı və həkimlərim səsimi qorumağımı məsləhət gördülər”, - deyə o bildirib.