Qadin.Net bildirir ki, Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, o, idmanla məşğul olanların uzun müddət çalışmasına rəğmən dəyişiklik hiss edilməməsinin səbəbini az yeməklə əlaqələndirib.
Əslən alman olan 40 yaşlı Instagram ulduzu Nessa Sphere qidasını artırmazdan əvvəl və sonrakı halının şəkillərini sosial şəbəkədə yayıb. O qeyd edib ki, günə 2000-2200 kalori tükətdikdən sonra bədəni daha cazibədar hal alıb.
Axırıncı paylaşımına "Yemək sizin düşməniniz deyil, dostunuzdur" yazan model qeyd edib ki, insanların idman edərkən yeməyi ikinci plana atmaq doğru deyil.
"Bəzi insanlar istədikləri bədən formasını ala bilmirlər. Çünki onlar düzgün qidalanmırlar. Gün ərzində az yemək yemək incə fiquraya sahib olmaq demək deyil. Cazibədar bədən sirri düzgün qidalanmaqdadır, az yox. Siz az qidalandığınız zaman metobolizmanız da yavaşlayır ki, bu da bədəndəki yağların da əriməsinə mane olur".