Qadin.NET / Abu-Dabidə yeni Luvr müzeyi açıldı-(FOTO)

Abu-Dabidə yeni Luvr müzeyi açıldı-(FOTO)

Abu-Dabidə yeni Luvr müzeyi açıldı-(FOTO)


Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Abu-Dabidə Luvr adlı muzey açıb.

Qadin.Net Trend-ə istinadən bildirir ki,  Luvr muzeyinin adını istifadə etdiyi üçün BƏƏ Fransaya 525 milyon dollar ödəyəcək.

Parisdəki muzeydən daha çox əsərin nümayiş olunacağı yeni muzeyin açılışına Fransa prezidenti Emanuel Makron da qatılıb. Abu-Dabi sahilindən 500 metr uzaqlıqdakı adada tikilən metal qübbəli binanın dizaynı fransız memara məxsusdur. Bu, Fransadan kənarda Luvr adını daşıyan ilk muzeydir. 30 illik razılaşma üçün ərəblər Fransaya əlavə 663 milyon funtsterlinq də ödəyəcək.

Burada Vinsent van Qoq, Leonardo da Vinçi və digər məşhur rəssamların əsərləri sərgilənəcək. Tabloların təhlükəsizliyi isə Abu-Dabiyə 750 milyon dollara başa gələcək.

Muzeyin tikintisinə 2007-ci ildə başlanılıb. 2012-ci ildə açılması planlaşdırılsa da, tikinti 5 il gecikmə ilə başa çatıb.

Abu-Dabidə yeni Luvr müzeyi açıldı-(FOTO)

Abu-Dabidə yeni Luvr müzeyi açıldı-(FOTO)

Abu-Dabidə yeni Luvr müzeyi açıldı-(FOTO)


9 noyabr 2017
GO BACK