Müğənni Britni Spirsin çəkdiyi rəsm əsəri 10 min dollara satılıb.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, İfaçı güllərdən ibarət rəsmini Las-Veqasda təşkil olunan sərgiyə göndərib.
"Vegas cares" ("Veqas qayğıya qalır") adlı xeyriyyə məqsədli sərgidən yığılan pullar şəhərdə baş vermiş terrorda həlak olan və yaralıların ailələlərinə göndərilib.
Xatırladaq ki, ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində oktybarın 3-də silahlı insident baş verib. Stiven Peddok adlı şəxsin törətdiyi hadisə nəticəsində ölənlərin sayı 59, yaralılar isə 515 nəfər olub.