Müğənni Ajda Pekkandan sonra Bülent Ersoyun da dişi tökülüb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, dostunun evinə yollanan ifaçının yolda dişi düşüb.
"Bu vəziyyətdə heç yerə gedə bilmərəm "deyə qışqıran Bülent taksiyə əyləşərək diş həkiminə yollanıb. Ersoy dişinə müdaxilədən sonra dostugilə yollanıb.
Xatırladaq ki, Ajda Pekkanın ön dişi düşmüş, bunu jurnalistlərdən gizlətməyə çalışsa da, nail ola bilməmişdi.