Ancelina Coli mini donu ilə diqqət çəkib.
Qadin.Net bildirir ki, publika.az xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı Ancelina Coli Los-Ancelesdə Amerika Rejissorlar Gildiyasının binasından çıxarkən görüntülənib. Aktrisanın Gildiyaya getməsinin səbəbi rejossorluğunu etdiyi "Əvvəlcə onlar mənim atamı öldürdü: Kambocalı qızın xatirələri” filmi ilə bağlı olub.
Pərəstişkarları ilə görüş üçün Ancelina Coli qara və qısa trikotaj don seçib. Uzun saçlarını ulduz atquyruğu şəklində toplayıb. Ümumilikdə məşhurun obrazı hər zamankı kimi çox sadə və rahat alınıb.
Aktrisa son illərdə adətən uzun və boş modellərə üstünlük verir. Colinin sonuncu çıxışı bu baxımdan bir qədər fərqli olub. O, uzun illərdən sonra ilk dəfə mini paltarda görüntülənib. Onun qısa donlardan imtina etməsinin səbəbi həddən artıq arıqlaması idi.