"İstanbullu gelin" serialının çəkilişi ilə əlaqədar Praqaya gedən və orada xəstələnib xəstəxanada yatan Özcan Dənizə diaqnoz qoyulub.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, aktyoru müayinə etdikdən sonra onda qulaqdan beyinə gedən sinir uçlarında iltihab tapılıb.
Həkimlər ona çəkilişlərə ara verməyi tapşırsalar da, lakin Özcan serialla əlaqədar hər gün 10 saat işləyir.
Tez-tez başı gicəllənən və ürəyi bulanan Dəniz üçün çəkiliş meydançasında daim təcili yardım və həkimlər olur.