Qadin.NET / Öldükdən sonra sosial media hesablarınıza nə olacaq?

Öldükdən sonra sosial media hesablarınıza nə olacaq?

Öldükdən sonra sosial media hesablarınıza nə olacaq?


Hər birinizin Feysbuk, Tvitter, Gmeyl və ya Əpl hesablarınız var. Bəs siz öldükdən sonra bu hesablara nə olacaq?

Almaniyada 15 yaşlı qız qatar altında qalaraq vəfat etmişdi. Qızın ailəsi hadisəni aydınlaşdırmaq üçün qızlarının sosial media hesablarını araşdırmağı düşünüb. Lakin ailə istəyinə nail ola bilməyib. Çünki bütün məlumatlar və parollar qıza aid olduğundan hesablara giriş edə bilməyiblər. Bundan sonra belə bir sual ortaya çıxıb: Siz öldükdən sonra hesablarınıza kim sahib çıxacaq? Məlumatları əldə etmək icazəsi kimlərə verilir?

Ölən qız məlumatları haqqında heç nə deməsə də, Feysbuk şirkəti məlumatların ailəyə verilməsinin qızın dostlarının, danışdığı insanların şəxsi təhlükəsizliyinin pozulması kimi dəyərləndirir. Buna görə də məlumatları onlara verməkdən imtina edir. Və bu addımı yalnız Feysbuk deyil, Əpl şirkəti də atıb.

Hadisədən sonra bu kimi digər şirkətlərin də bənzər hallarda nə edəcəyini öyrənmək məqsədilə sorğu keçirilib.

Milli.Az Qaynarinfo-ya istinadən sorğunun nəticələrini təqdim edir:

1. Feysbuk

Qeyd etdiyimiz kimi, Feysbukun bu mövzuda qərarı qətidir. Sosial şəbəkə ya ölən şəxsin hesabını bağlayır, ya da onu xatirə hesabına çevirir. Bunun üçün ölən şəxsin yaxını tərəfindən ölüm haqqında sənədin təqdim olunması vacibdir.

2. Tvitter

Tvitter hesabınız varsa, sizin ölümünüzdən sonra hesab olduğu kimi qalacaq. Çünki şirkət hesaba yalnız sahibinin müdaxilə edə biləcəyini öz təhlükəsizlik şərtlərində açıq şəkildə vurğulayıb.

3. Quql

Quql bu baxımdan bir az fərqli davranır. Belə ki, Quql hesabı açdıqdan müəyyən zaman sonra hesabın işlədilib-işlədilməməsi yoxlanılır. İşləməyən hesablar avtomatik bağlanılır.

4. Maykrosoft

Maykrosoft da Quql kimi çalışır. "Microsoft Next of Kin Process" sizin haqqınızda ətraflı məlumata sahibdir. Uzun müddət aktiv olmayan hesabınız varsa, sizinlə əlaqəli email adresslərini xəbərdarlıq məktubu göndərir. Sonra isə hesabınızı bağlayır.

5. Əpl

Əpl məsələyə Feysbuk kimi yanaşır. Və bir Əpl istifadəçisi vəfat edirsə, onunla birgə bütün hesabı və məlumatları ölür.

Bəs nə etməli? Bununla bağlı köməyinizə gələcək proqramlar var. "LastPass", "DashLane", "PassüordBox" kimi şifrə idarə ediciləri kritik vəziyyətlər və qəfil ölümlər üçün xüsusi şifrə paylaşma funksiyaları təqdim edirlər. Bu funksiyalardan yararlana bilərsiniz.

5 noyabr 2017
GO BACK