Məşhur müğənni Kenan Doğulu ilə ailəli olan aktrisa Beren Saat ötən gün İstanbulun Cihangir səmtində paparassilərlə qarşılaşıb.
Milli.Az Hürriyet-ə istinadla bildirir ki, Berenin yanında birlikdə "Fatmagülün suçu ne" serialına çəkildiyi həmkarı Esra Dermancıoğlu və onun sevgilisi də olub. Onlar paparassiləri görəndə narahat olublar.
Beren Saatın xeyli arıqlaması və yorğun halı fotoqrafların diqqətindən yayınmayıb.