Bakıda "8-ci km. bazarı"ndakı ət mağazalarında toyuq əti açıq halda satılır və üzərində mənşəyi, istehsalı ilə bağlı məlumatlar yoxdur. Vətəndaşların bir çoxu bu toyuq ətlərini sağlamlığa təhlükə sayırlar.
Qadin.Net publika.az-a istinadən bildirir ki, soruşduqda isə Ukraynadan və bilmədikləri firma tərəfindən gətirildiyini bildirirlər. Harada istehsal olunduğu, son istifadə tarixi məlum olmayan toyuqlar hər gün vətəndaşlara satılır. Vətəndaşların bəziləri bu toyuqları alsalar da, əksəriyyəti açıq satılan toyuq ətindən istifadə etmədiklərini deyirlər.
Məsələ ilə bağlı Bakı şəhər Baytarlıq İdarəsindən verilən məlumata görə, markasız halda, mənşəyi məlum olmayan toyuq ətlərinin satışına görə İnzibati Xətalar Məcəlləsində hansısa cərimə nəzərdə tutulmayıb. Ancaq şikayət daxil olarsa, həmin obyektə baxış keçirilir və sahibkara xəbərdarlıq edilir. Bu məsələdə əsas vəzifə isə vətəndaşların üzərinə düşür. Belə ki, vətəndaşlara tanınma nişanı olmayan, istehsal və son istifadə tarixi bəlli olmayan toyuq məhsullarını almamaq tövsiyə olunur.
Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialını təqdim edirik: