Türkiyəli müğənni Ajda Pekkan dostları ilə şam yeməyindən qayıdarkən görüntülənib.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, 71 yaşlı ifaçı jurnalistləri görən kimi ağzını əli ilə bağlamağa çalışıb.
Buna səbəb isə Ajdanın çürüyən ön dişini çəkdirməsi olub. Pekkan bunu gizlətməyə çalışsa da, paparassilərin gözündən heç nə yayınmayıb.