Öz çox güclü avtomobilləri ilə məşhur olan “Hennessey” şirkəti demək olar ki, 500 km/saat surətlə şütüyə bilən yeni avtomobil təqdim edib.
Qadin.Net publika.az-a istinadən bildirir ki, “Venom F5” modeli artıq “Bugatti” və “Koenigsegg” giperkarlarını "alçaltmağa" hazırdır.
Məsələn, 300 km/saat sürəti yeni “Hennessey” cəmi 10 saniyəyə yığacaq, 20 saniyəyə isə onun sürəti artıq 400 km/saat-a çatacaq.
“Hennessey” şirkəti “Venom F5”-in cəmi 24 nüsxəsini istehsal edib və avtomobilin ilkin dəyəri 1.6 milyon dollar kimi qiymətləndirilib.