Qadin.NET / Almaniyada qeyri-adi qəbirlər tapıldı: CADUGƏR, NƏHƏNG İNSAN... - FOTOLAR

Almaniyada qeyri-adi qəbirlər tapıldı: CADUGƏR, NƏHƏNG İNSAN... - FOTOLAR

 

Almaniyada qeyri-adi qəbirlər tapıldı: CADUGƏR, NƏHƏNG İNSAN... - FOTOLAR

Qadin.Net publika.az-a istinadən bildirir ki, arxeologiyaya aid olan materiallarda əcdadlarımızın ixtiraçılığına, qeyri-adi davranışlarına təəccüblənməmək əldə deyil.

Bu dəfə xəbər Almaniyadan gəldi: Tsays şəhərinin ətrafında yolun tikintisi zamanı işçilər insan sümüklərinə rast gəldilər. Onlar əvvəlcə polis, sonra isə mədəni irsin mühafizəsi üzrə regional idarədən olan arxeoloqları çağırdılar.

Xilasetmə qazıntıları ilə tələsmək lazım oldu - arxeoloqlara 1 noyabra qədər vaxtı verdilər ki, yeni yolun tikintisini daha çox ləngitmək olmaz. Yerli mətbuatda tapıntılar haqda ilk xəbərlər hələ oktyabrın ortasında çıxmışdı, o vaxtdan indiyə qədər tədqiqatçılar 15 qəbir aşkar etdilər ki, insan qəbirləri ilə yanaşı, onlardan bir neçəsi də at qəbirləri idi.

"Mümkündür ki, qızın belə dəfn edilməsinə səbəb, o vaxtlar onun xüsusi, izahedilməz qabiliyyətlərə malik olması olub və ya onu sadəcə cadugər hesab edirdilər", - deyə Susanna Fridrix bəzi versiyaları dilə gətirib.

Fridrix eyni zamanda istisna etmir ki, mərhumla belə rəftarın səbəbi onun mənşəyi ilə bağlı da ola bilərdi - qız bu yerlərə uzaqdan gəlib və yerli camaat tərəfindən "ağ qarğa" hesab edilərək, ona düşmən mövqe sərgilənirdi.

Bu versiyaların arasında ən optimalını seçməyə sonrakı laboratoriya işləri və başqa tədqiqatlar kömək edəcək.

Eyni zamanda, tapıntılar içərisində arxeoloqların diqqətini çəkən çox hündür kişinin qalıqlarları oldu. Hansı ki, yaşayarkən boyu təxminən 2 metr təşkil edirdi. Ölüm vaxtı onun 30 yaşı olub və yanında basdırılan qılınc, nizə belə hökm etməyə əsas verir ki, o, əsgər idi. Onun qəbirinin yanında 3 atın skeletləri də tapılanlar sırasındadır.

1500 il əvvələ aid olan bu unikal məzarların tədqiqatı xeyli vaxt tələb edəcək - mümkündür ki, illərlə gözləmək lazım olacaq.

Almaniyada qeyri-adi qəbirlər tapıldı: CADUGƏR, NƏHƏNG İNSAN... - FOTOLAR

Almaniyada qeyri-adi qəbirlər tapıldı: CADUGƏR, NƏHƏNG İNSAN... - FOTOLAR


2 noyabr 2017
GO BACK