Məşhur alt paltarı “Victorias Secret”in “Fantasy Bra” büstqalterini kimin nümayiş etdirəyəcəyini açıqlayıb.
Qadin.Net bildirir ki, publika.az xarici mətbuata istinadən xəbər verir ki, qiymətli materiallardan hazırlanan alt paltarını noyabrın 20-də Şanxayda keçirilən dəfilədə 27 yaşlı Lais Ribeyronu göstərəcək.
Braziliyalı model hadisə ilə bağlı ilə emosiyalarını bölüşüb: “Büstqalteri geyinəndə ağladım. Ömrümdə heç vaxt bu qədər uşaq kimi hönkür-hönkür ağlamamışdım. İnana bilmirəm! Çox xoşuma gəldi!”
Bu il “Champagne Nights Fantasy Bra” büstqalteri 18 karatlıq qızıldan yerinə yetirilib və göy yaqutlarla bəzədilib. Dizaynında bitki motivləri istifadə olunub və boyunbağı formasında dekorativ budaq əlavə element olub.
Büsqalterin dəyəri 2 milyon dollardır. Onun üzərində 600 karatdan çox brilyant, sarı göy yaqut və topaz işlənib. Hazırlanmasına isə 350-dən çox saat sərf olunub. Ümumilikdə 6 000 qiymətli daş istifadə edilib.