Məşhur internet şəbəkəsi olan "Feysbuk" layihə çərçivəsində sosial platforma üzərindən qadınlara sahibkarlıq təlimləri keçəçək.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, qadınlar üçün qaçınılmaz fürsət adlandırılan layihədə qadın sahibkarların "Uğurlu həyat hekayələri" paylaşılacaq.
Türkiyənin qadınların maariflənməsi ilə məşğul olan şirkətlərindən biri "Feysbuk" ilə əməkdaşlıq haqqında danışıb.
CNN kanalı danışan sahibkarlar - Xədicə Çətin, Yasemiz Çətin Ziya, İzabela Erşahin feysbukun layihə üzrə rəsmi nümayəndəsi olan Nikola Mendelson ilə danışıqların nəticələri haqqında məlumat veriblər. Qeyd edilir ki, sözügedən layihənin gələn il ən azı 5 min qadının iştirakı ilə start götürəcəyi deyilib.