Oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin təntənəli açılış mərasimi baş tutub. Sözügedən dəmir yolu vasitəsi ilə ildə 1 milyon 500 min sərnişinin daşınacağı deyilir. İctimaiyyəti maraqlandıran suallardan biri də qatarların hansı üstünlüklərə malik olması və qiymətidir.
Bu barədə Axar.az-a danışan Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu sərnişinlərin istifadəsinə 2018-ci ildə veriləcək:
"2018-ci ildən etibarən sərnişinlər Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə səyahət edə biləcəklər, lakin qatarların hansı aydan etibarən sərnişinlərin ixtiyarına veriləcəyi dəqiq bilinmir. Qiymətlərin nə qədər olması məsələsi isə hələlik müəyyənləşdirilməyib. İlk vaxtlar bu dəmir yolu vasitəsilə yalnız yükdaşıma həyata keçiriləcək".
Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti bu il oktyabrın 30-da istifadəyə verilib.