ABŞ-da yaşayan bir damar cərrahı İphone cihazlarıyla əlaqəli işləyən mobil ultrasəs vasitəsilə boğazında xərçəng aşkarlayıb.
Milli.Az xəbər verir ki, o, elektrikli təraş aparatına bənzəyən "Butterfly İQ" adlı cihazla buna nail olub.
Cihazı boğazında hərəkət etdirən həkim 3 sm-lik şişi Ayfona düşən görüntülər sayəsində müəyyən edib. Cihaz yaxın vaxtlarda ABŞ-da 1999 dollara satışa çıxarılacaq.