Perunun “Naska” mağarasında uzun başlı, üç barmaqlı bir neçə mumiyalanmış bədən tapılıb.
Qadin.Net publika.az-a istinadən bildirir ki, bu barədə “Metro” məlumat yayıb. Çoxları düşünürlər ki, bu, “gəlmələr”in qalıqlarlarıdır. Lakin skeptiklər başqa fikirdədir.
Britaniyalı alim Edson Vivanko bildirib ki, "gəlmələr"in başları şübhəsiz orijinaldır, çünki onlarda insan kəllələrinin xüsusiyyətlərinə dair bütün əlamətlər var. Bu halda ekspert Vivanko istisna etmir ki, tapıntı Yerdən kənar mənşəyə də malik ola bilər.
Mütəxəssislərin əksəriyyəti isə birinci versiyaya üstünlük verirlər. Belə ki, bu fikiri dəstəkləyən alimlərə görə, “gəlmələr”in bədənləri insan qalıqlarlarından yapışdırılmışdır, ola bilər ki, uşaqların.
"Əgər bu belədirsə, o zaman bizim qarşımızda ciddi cinayətin nəticəsi var. Uşaqlara işgəncələr olunub, barmaqlar sındırılıb və s.", - tədqiqatçılardan biri qeyd edib.
Bundan başqa, aşkar edilmiş "gəlmələr"in birinin dərisinin analizi göstərib ki, obyektin DNT-si insanla tamamilə uyğun gəlir. Ekspertlər həmçinin "yadplanetlilər"in kəllələrinin uzun olmasını şüurlu deformasiya adlandırırlar.
Hazırda alimlər tapıntını araşdırmağa davam edirlər.