33 yaşlı şahzadə Harri 36 yaşlı sevgilisi Meqan Marklı nənəsi II Yelizaveta ilə ənənəvi çay süfrəsinə dəvət edib.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, Harri sevgilisinə kral ailəsinin qanunlarını öyrədir.
Meqan əcnəbilərlə düzgün salamlaşmalı, avtomobildən şahzadə kimi düşməyi, kameralar qarşısında düzgün oturub-durmağı, paparassilərə qalmaqallı görüntülər verməməyi öyrənir. Bütün bunları Meqana Harri özü öyrədir.
The Post portalının xəbərinə görə, Markli bunları tez bir zamanda öyrənməyə çalışır:
"Harri bilir ki, bütün bunlar Meqan üçün önəmlidir. Çay süfrəsində də harri sevgilisinin hər şeyi bildiyini nümayiş etdirməyə çalışıb. Bu, Meqan üçün çox çətindir. çünki o, sərbəst yaşamağı sevən qadındır".