Dünyada qızılca dövrü başa çatır.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Təşkilatın yaydığı məlumatda bildirilir ki, dünyada qızılcadan ölən uşaqların sayı tarixdə ən aşağı səviyyəyə düşüb.
Təşkilat rəsmiləri bildirib ki, 2000-ci ildə 550 mindən çox uşaq qızılcadan həyatını itirib. 2000-ci ildən bu günə qədər uşaqlara 5.5 milyon dozada qızılca peyvəndi vurulub. Bu 20.4 milyon insanın həyatının xilas olunması mənasını gəlir.
Ancaq təşkilata görə, dünyada təxminən 20.8 milyon uşaq iki mərhələli qızılca peyvəndindən hətta birinicisini belə etdirə bilmir. Bunların Nigeriya, Hindistan, Pakistan, İndoneziya və Konqo kimi ölkələr olduğu bildirilir.
ÜST-ün Peyvənd Proqramı rəhbəri Cean-Marie Okşo-Bele isə dünyada hər bir uşağa peyvənd vurulandan sonra bu xəstəliyin tarixə qovuşa biləcəyini deyib.