Qadin.NET / Əsl eşq budur - 40 il gözləsələr də, evləndilər - FOTO

Əsl eşq budur - 40 il gözləsələr də, evləndilər - FOTO

Əsl eşq budur - 40 il gözləsələr də, evləndilər - FOTO


Aşiqlərin hicranı bəzən çox uzun çəkir. Məsələn, tam 40 il.

Bill Brukmanla Madlen Kobern tanış olduqları gündən 40 il sonra evləniblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Billlə Madlen pabda tanış olmuşdular. O vaxt Madlenin 16 yaşı, Billin 23 yaşı vardı. Fəqət, Madlenin çox sərt və mühafizhəkar atası qızını sevgilisi ilə görüşməyə qoymamışdı.

Billə Madlenin yolları 2008-ci ildə yenidən kəsişdi və yenə də görüş pabda oldu.

Daha sonra Brukman "BBC Radio Four" radiostansiyasına zəng vuraraq sevgilisinə evlilik təklif edib, "hə" cavabı alıb.

40 il gözləmiş sevgililərin toyu İngiltərənin Lesterşir qraflığındakı Lafboro şəhərində olub.

Madlen Kobern indiyədək ailə qurmayıb və ilk eşqini qəlbində yaşadıb. Bill Brukmanın isə boşandığı arvadı ilə nikahından iki oğlu var.

62 yaşlı Bill Brukmanın dediyinə görə, indi özünü dünyanın ən bəxtəvər insanı sayır.

Əsl eşq budur - 40 il gözləsələr də, evləndilər - FOTO

Əsl eşq budur - 40 il gözləsələr də, evləndilər - FOTO

Əsl eşq budur - 40 il gözləsələr də, evləndilər - FOTO


27 oktyabr 2017
GO BACK