Qadin.NET / Vətəndaşlıq verilən robotdan İRONİYALI CAVAB - VİDEO

Vətəndaşlıq verilən robotdan İRONİYALI CAVAB - VİDEO

Vətəndaşlıq verilən robotdan İRONİYALI CAVAB - VİDEO


Səudiyyə Ərəbistanı Sofiya adlı robota ölkə vətəndaşlığı verib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Sofiya məşhur Hollivud ulduzu Oudri Hepbörnə bənzədilərək dizayn edilib.

Robot Riyad şəhərində təşkil edilən “Gələcəyə İnvestisiya Təşəbbüsü” adlı tədbirdə sərgilənib.

Sofiya aparıcı Endryu Ross Sorkin tərəfindən təqdim edilib:

“Hazırda bir tarixə şahidlik edirik. Dünya üzərində ilk dəfə bir robota vətəndaşlıq verilib. Bu bənzərsiz durumdan dolayı qürur duyuram”.

Honqkonqda yerləşən “Hanson Robotics” texnologiya şirkəti tərəfindən hazırlanan robot tanıdıldığı müddətdə ziyarətçilərə kiçik şou da göstərib. O, “insanlarla birgə yaşamaq və danışmaq istəyirəm. Buna görə də onları anlamaq və güvənmək üçün hisslərimi ifadə etmək istəyirəm” deyib.

İştirakçılardan biri ondan robot olduğunu bilib-bilmədiyini soruşub. Sofiya isə ona “bəs siz insan olduğunuzu haradan bilirsiniz?” deyib.

Robotların dünyanı ələ keçirməsinə dair sualları cavablandıran Sofiya ironik cavablar verib:

“Həddən artıq Elon Mask izləyirsiniz. Ya da Hollivud filmlərinə çox baxırsınız. Narahat olmayın. Əgər mənə mülayim münasibət göstərsəniz, mən də sizə yaxşı davranacam”.


27 oktyabr 2017
GO BACK