Qadin.NET / Rəqqasə Fatimə Leyla Əliyeva ilə... - FOTOLAR

Rəqqasə Fatimə Leyla Əliyeva ilə... - FOTOLAR

Rəqqasə Fatimə Leyla Əliyeva ilə... - FOTOLAR


Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva ailəsi ilə birgə Dubaya istirahətə yollanıb.

 Qadin.Netin publika.az-a istinadən verdiyi məlumatına görə, F.Fətəliyeva orada restoranların birində ölkə başçısı İlham Əliyevin qızı Leyla Əliyeva ilə görüşüb və xatirə fotosu çəkdirib. O, paylaşdığı fotoya “Sadə insan, sizi görməyimə çox şad oldum” sözlərini yazıb.

Daha sonra F.Fətəliyeva Dubaya səfərinin əsl məqsədini açıqlayıb: “Dubaya tək dincəlməyə gəlməmişəm. Necə deyərlər, həm ziyarət, həm ticarət. Yaradıcılıq işlərimlə bağlı bir neçə planım var. Onları reallaşdırıram. Partlayış olacaq. Özü də tam fərqli bir şey. Bundan başqa bilirsiniz ki, xınayaxdı təşkili ilə də məşğulam. Buradan xınayaxdı üçün lazım olan tam fərqli dekorlar aldım. Hansı ki, ondan Azərbaycanda yoxdur. Bunu ilk dəfə mən gətirəcəm”.


27 oktyabr 2017
GO BACK