Qadin.NET / Bazar günü saatlar geri çəkilə bilər - DİQQƏTLİ OLUN!

Bazar günü saatlar geri çəkilə bilər - DİQQƏTLİ OLUN!

Bazar günü saatlar geri çəkilə bilər - DİQQƏTLİ OLUN!


Hər il olduğu kimi, oktyabr ayının son bazar günü bir çox ölkədə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ötən əsrin əvvəllərindən tətbiq edilən bu yenilikdən son illər bir sıra ölkələr imtina edib.

Azərbaycanda Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilirilib. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilib.

Yay vaxtına keçidlə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alan Nazirlər Kabineti 17 mart 2016-cı il tarixli qərarı ilə 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv edib. Bununla da Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab olunub. Beləliklə, Azərbaycanda qış vaxtı qüvvədə qalıb.

Qeyd edək ki, saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiyada isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilib. Lakin sonradan Qazaxıstan, Türkiyə, Cənubi Koreya, İran, Gürcüstan, Yaponiya, Sinqapur, Estoniya, Ukrayna kimi ölkələr saatlarının əqrəbini geri çəkməkdən imtina edib.

Azərbaycan da bu dəyişiklikdən imtina etsə də, yay vaxtına keçiddə bir sıra telefon, o cümlədən smartfonlarda, habelə kompüterlər və digər İKT sistemlərində saatlar avtomatik olaraq bir saat irəli çəkilmişdi. Bu baxımdan oktyabrın sonuncu bazar günü bəzi ikt avadanlıqlarında əqrəblərin bir saat geri çəkilməsi müşahidə edilə bilər. Ona görə də, bu məsələdə diqqətli olmağınız tövsiyə edilir.

Qeyd edək ki, həkimlər saatların ildə iki dəfə çəkilməsinin insan orqanizminə neqativ təsir göstərdiyini deyir.

27 oktyabr 2017
GO BACK