Şotlandiyadan Yunanıstanın Krit adasına yollanan Karon Grieve uçuş qapısına çatdıqdan sonra 189 nəfərlik təyyarədə yeganə sərnişin olduğunu öyrənib.
Milli.Az BBC-yə istinadən bildirir ki, Jet2 aviaşirkətinə əsasən turist mövsümünün sonunda bilet alanların sayı həmişə azalır. Xanım Grieve-in tək uçacağı daha iki sərnişinin gəlmədiyindən sonra təsdiqlənib.
Uçuş heyətinin diqqəti biletə 46 funt ödəmiş (103 AZN) sərnişində olub və hamı ona adı ilə müraciət edib.
"Biz təyyarəyə qalxmaqdan öncə artıq yaxın dost idik", - Karon Grieve heyətlə münasibətləri barədə danışır.
"Kapitan əla idi. İkinci pilot uçuşa hazırlığı görərkən o, gəlib yanımda əyləşdi və biz uçuşla bağlı söhbət edirdik".
Artıq uçuş vaxtı məlumat verən kapitan yeganə sərnişinə adı ilə müraciət edib, Karon deyir.
"Salam Karon, sol tərəfdə Xorvatiyanı görə bilərsiniz".
"Ümid edirik ki, Karon-un səfərinə əla start verildi və o, Kritdə yaxşı vaxt keçirir",- Jet2 aviaşirkəti bildirib.
Karon Grieve Kritdə qalacağı bir ay ərzində kriminal roman yazmaq fikrindədir.
Hərçəd ki, o, geri qayıdanda yeganə sərnişin olacağına əmin deyil.