Azərbaycanda məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulur.
Qadin.Net Trend-ə istinadən bildirir ki, bu, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.
Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əsaslı təmir və avadanlıqla təminat işinin davam etdirilməsi büdcə zərfində nəzərdə tutulan prioritet kimi qeyd edilib.
Layihəyə əsasən, ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsinin orta Avropa göstəricisi səviyyəsinə çatdırılması planlaşdırılır. Bununla yanaşı, dövlət uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, müxtəlif mülkiyyət formasına (bələdiyyə, icma, özəl və ailə bağçaları) aid olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi də prioritet istiqamət kimi nəzərdə tutulur.