Moskvada Birinci Pyotr dövrünə aid sikkələr tapılıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, paytaxtın mərkəzindən bir qədər aralıda, Aşağı Radişevski küçəsində 97 ədəd qədim sikkə tapılıb.
Məlumata görə "Mənim küçəm" layihəsi çərçivəsində aparılan qazıntılar zamanı tapılan sikkələr arxeoloqlar tərəfindən incələnib. İlkin ehtimallara görə, 97 sikkə Birinci Pyotrun dövrünə, yəni 17-18-ci əsrlərə aiddir.
Bundan başqa da sentyabr ayının sonlarında həmin ərazidə 17-ci əsrə aid olduğu ehtimal edilən 41 mis qəpik də tapılmışdır.