Qadin.NET / Eynşteynin “xoşbəxtlik formulları” şok qiymətə satıldı

Eynşteynin “xoşbəxtlik formulları” şok qiymətə satıldı

 

Eynşteynin “xoşbəxtlik formulları” şok qiymətə satıldı



 

Məşhur fizik Albert Eynşteynin “xoşbəxtlik formulları”nı əks etdirən iki qeydi auksiona çıxarılıb.

 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, qeydlər Qüdsdə təşkil edilən satış kampaniyasında 1 560 000 dollara satılıb.

Nobel mükafatlı fizik xoşbəxtlik tövsiyələrini Yaponiyaya səfər edərkən bir kuryerə bəxşiş əvəzi yazaraq verib. Bu hadisə 1922-ci ildə Tokionun “İmperial” otelində baş verib. Eynşteyn kuryerə qeydlərin gələcəkdə çox qiymətli bir şey olacağını deyib.

Qeydləri satan adam da həmin kuryerin qardaşı oğludur. Qeydləri alan şəxs isə adının gizli saxlanılmasını istəyib.

Eynşteynin qeydlərindən birinin mətni belədir:

“Uğurun ardınca qaçmaq və bununla yanaşı gələn daimi narahatlığa qarşı sakit və təvazökar həyat sürmək daha çox xoşbəxtlik gətirir”.

240 min dollar satılan ikinci qeyddə isə bu sözlər yer alıb:

 

“İstək varsa bir yolu da var”.

Eynşteynin “xoşbəxtlik formulları” şok qiymətə satıldı


26 oktyabr 2017
GO BACK