Qadin.NET / Müəllimdən narazı olan valideynlər nə etməlidir?

Müəllimdən narazı olan valideynlər nə etməlidir?

 

Müəllimdən narazı olan valideynlər nə etməlidir?



 

Bir sıra valideynlərin bəzi müəlllimlərin dərs keçməsi və şagirdə yanaşma ilə bağlı narazılıqları var. Müəllimi dəyişmək istəyən valideynlər isə əksər vaxt bir müəllimə görə övladı oxutduğu məktəbdən çıxarır.

Milli.Az bildirir ki, ekspertlər hesab edir ki şagirdin məktəbi dəyişməsi əlavə problemlər yaradır. Bu xüsusi ilə aşağı siniflərdə daha çox mənfi nəticələrə yol açır.

Ekspert Kamran Əsədovun sözlərinə görə, sırf valideyn istəmir deyə müəllimi dəyişdirmək də olmaz .Bunun üçün müraciət edən valideynin əlində tutarlı səbəb olmalıdır.Və ən azında 3 dəfə övladının dərsində iştirak edərək ciddi səbəblərlə yazılı məktəb rəhbərliyinə müraciət etməlidir.

Müəllimin həmin sinifdə qalması və ya ümumiyyətlə məktəbdə yenidən dərs deməsi isə məktəbin elmi şuranın yekun qərarından sonra bəlli olur. 

26 oktyabr 2017
GO BACK