Qadin.NET / Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk qatar yola salındı

Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk qatar yola salındı

Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk qatar yola salındı


Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı Qazaxıstandan yola salınıb.

 Qadin.Net-in Trend-ə istinadən məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti "ADY Express" məlumat verib.

82 konteynerdən ibarət qatar Qazaxıstanın Kostanay stansiyasından yola düşüb. Qatarın son məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oktybarın 30-da Bakıda keçiriləcək.

24 oktyabr 2017
GO BACK