Amerika və hind tarixçisi, Arizona Universitetinin professoru, məşhur astroloq Syuzan Miller 2018-ci il üçün bürclərin illik proqnozunu hazırlayıb.
Qadin.Net publika.az-a istinadən bildirir ki, məşhur astroloqun bürclərin 2018-ci il üçün hazırladığı illik proqnozunu təqdim edir:
Qoç
İpoteka, təzminat, miras kimi böyük pullarla məşğul olacaq, böyük xəyallarını həyata keçirməklə məşğul olacaqlar. Yeni işə başlaya bilərlər.
Buğa
Şəxsi həyatda uğur və yenilik gözlənilir. Evli olan Buğalar isə tərəf müqabililə xoşbəxtlik və rifah içində yaşayacaq.
Əkizlər
Səhhətlərinə daha çox diqqət edəcəklər. Arıqlaya bilsələr, mükəmməl görünüşə qovuşacaqlar.
Xərçəng
Subaylar ikinci yarını tapacaq. İt ili ailə qurmaq üçün ən gözəl illərdən biridir. Evli Xərçənglər ya uşaq sahibi olacaq, ya da da uşaqlarıyla qürur duyacaqlar.
Şir
Başları ev işlərinə qarışacaq. Evdə təmir işləri aparacaqlar. Bundan başqa Şir bürclərini ailəylə bağlı çox yaxşı xəbərlər gözləyir.
Qız
Ünsiyyət qurmağın yeni yolunu kəşf edəcəklər. Kitab yazmaq, mətbuatda işləmək, yaxud internet fenomeni olma ehtimalları yüksəkdir.
Tərəzi
Əməklərinin qarşılığını görəcək və bu vaxta qədər qazana bilmədikləri pulları qazanmağa başlayacaqlar.
Əqrəb
12 ildə bir baş verən möcüzə başlarına gələcək və bütün istədiklərini əldə edəcəklər: Məhəbbət, pul, karyera.
Oxatan
Sakit bir il keçirəcəklər, 2019-cu ildə onları gözləyən önəmli hadisələr üçün bütün hazırlıqlarını yekunlaşdıracaqlar.
Oğlaq
Yeni dostlar və əlverişli tanışlıqlar qazanacaqlar. Yaxşı olardı ki, təkcə potensiallarına güvənməsinlər, işlərinin uğurlu alınması üçün tanışlıqlar və yeni əlaqələrin qurulması daha vacibdir.