Avstraliyada qayığını itirən ingilis Con Kreyq arxasınca düşən köpək balığından xilas olmaq üçün 3 saat dayanmadan üzüb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 34 yaşlı dalğıc suyun üzərinə çıxarkən içində bir dostunun da olduğu qayığını görə bilməyib.
Yardım çağırmaq üçün çırpınan dalğıc bi köpək balığının ona doğru yaxınlaşdığını görüb. O, sahilə doğru üzməyə başlayıb.
C.Kreyq Français Perron parkına qədər 3 saat boyunca 7,5 km üzüb. Köpək balığı isə ilk 15 dəqiqədə onu təqib edib.
3 saatdan sonra quruya çıxan dalğıcı bir təyyarə görüb və onu xilas edib. C.Kreyq o anları “naməlum bir yerin ortasında köpək balığına yem olacağımı düşündüm” sözləri ilə ifadə edib.