Qadin.NET / Bakıda 8-9 ballıq zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA

Bakıda 8-9 ballıq zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA

Bakıda 8-9 ballıq zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA


Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar üzrə isə 9 ballıqdır. Bu, yaxın günlərdə 8-9 bal gücündə zəlzələnin olacağı mənasını vermir.

Qadin.Net Trend-ə istinadən bildirir ki, bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Mərkəz direktoru: Bakıda təhlükə Xəzərdəki zəlzələ ocaqlarından gözlənilir
Q.Yetirmişlinin sözlərinə görə, RSXM əməkdaşının Bakının seysmoloji vəziyyəti ilə bağlı verdiyi açıqlama düzgün başa düşülməyib:

"Mərkəzin əməkdaşının Bakının fon səviyyəsi barədə söylədiyi fikirlər çox yanlış başa düşülüb. Mərkəzin əməkdaşı Bakıda 8-9 ballıq zəlzələnin gözlənildiyini deməyib. Bu, 50, 100, 500 il ərzində bir dəfə ola bilər. Ona görə də insanları təşvişə salmaq lazım deyil".

23 oktyabr 2017
GO BACK