Şeron Stoun 25 il əvvəlki pozası ilə diqqət çəkib.
Qadin.Net bildirir ki, publika.az xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı amerikalı aktrisa Şeron Beverli Hillzdə keçirilən yardım tədbirinə qatılıb.
Tədbirə qara mini paltarda gələn kino ulduzu hündür stulda oturaraq çıxış edib. Bu görüntü məşhurun 34 yaşından oynadığı və ona dünya miqyasında şöhrət gətirən "Əsas İnstinkt” filmindəki unudulmaz səhnəsini xatırladıb.