"Güllü Erhan" obrazı ilə "Kurtlar Vadisi Pusu" serialında məşhurlaşan Erhan Ufak mədəsini kiçiltmək üçün "bariatrik cərrahiyyə" əməliyyatı etdirib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, hazırda 120 kq olan aktyorun 9 ayda 45 kq arıqlaması hədəf qoyulub.
39 yaşlı aktyor arıqlamaq və sağlam həyat tərzi keçirmək istədiyini bildirib:
"İnşallah qısa zamanda artıq çəkilərdən xilas olaram. Bu əməliyyatı etdirmək istəyənlərə səslənirəm. Qorxulu bir şey yoxdur. Özünüzə güvənin və "mən bacar bilərəm" deyin. Sağlamlıq üçün dəyişiklik əlinizdədir".