Rusiyada kilsədə kəsilən kəbinin qanuni nikah kimi qəbul edilməsi təklif olunur.
Qadin.Net Trend-ə istinadən xəbər verir ki, Dövlət Dumasının üzvü Vladimir Sısoyev "Mədəniyyət haqqında" qanuna kilsə kəbininin dövlət tərəfindən tanınmasına imkan verən dəyişiklik edilməsini təklif edib.
Təklif qəbul ediləcəyi təqdirdə kilsə kəbini yeni evlənən cütlüklərə rəsmi nikahla eyni hüquqları verəcək.
V.Sısoyev bu təklifini Rusiyada insanların əksəriyyətinin inanclı olması, onların da əksəriyyətinin ortodoks olması ilə izah edir.
Bundan öncə digər rusiyalı deputat Yelena Mizulina gənclərin rəsmi nikah əvəzinə kilsə kəbininə üstünlük verdiyini bildirmişdi.
Qeyd edək ki, ötən gün Türkiyədə qanunvericiliyə müftilərə rəsmi nikah kəsməyə icazə verilməsini nəzərdə tutan dəyişiklik qəbul edilib.