Qadin.NET / Evdə oturub günəş sisteminə baxa biləcəksiniz

Evdə oturub günəş sisteminə baxa biləcəksiniz

Evdə oturub günəş sisteminə baxa biləcəksiniz


"Google Maps" əlavəsinin yenilənmiş versiyasında istifadəçilər yalnız Yer kürəsinin deyil, eləcə də, Günəş sistemini və peykləri ətraflı şəkildə görə biləcəklər.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, "Quql" şirkətinin yayımladığı məlumata əsasən hazırda 14 planetin və ətrafındakı peyklərin görüntüsü aktivləşdirilib.

Mars, Pluton, Venera, Ay, Saturn və ən böyük peyk Titanı bu layihə çərçivəsində rahatlıqla görmək olur. Sözügedən funksiyalar 20 il ərzində "Cassini" peykinin əldə etdiyi 500 mindən çox fotoşəkil əsasında hazırlanıb.

18 oktyabr 2017
GO BACK