Britaniya kraliçası İkinci Yelizaveta evində çalışan xidmətçilərin əmək haqqlarını vermirmiş.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, iqamətgahda kraliça və oğullarına xidmət edən ölkənin ən məşhur 4 aşbazı, peşəkar ofisiantlar və xidmətçilər etiraz edərək işdən ayrılıblar. Buna səbəb kraliçanın onların əmək haqlarını verməməsi olub.
2002-ci ildən kraliçanın şəxsi aşbazı kimi çalışan Mark Flenaqan deyir ki, biz iqamətgahın işlərindən başqa şahzadə Uilyam və Çarlz tərəfindən təşkil edilən ziyafətlərə, tədbirlərə gedib iş qrafikindən artıq çalışırdıq. Bunun müqabilində isə heç bir əlavə məvacib verilmirdi.
Son günlərdə dünya mediasında yayılan qalmaqallı xəbərlərə Kral heyəti tərəfindən heç bir açıqlama verilməyib.