Türkiyənin iki məşhur ulduzu: Barış Arduç və Elçin Sangu Azərbaycana gələcək.
Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya Nizami Kino Mərkəzindən məlumat verilib. Bildirilir ki, tanınmış cütlük rol aldıqları "Mutluluk zamanı" filminin premyerasına qatılacaqlar.
Onların dekabrın əvvəlində Bakıya gələcəyi qeyd edilib.
Film isə noyabrın 10-da Türkiyədə təqdim olunacaq.