Qadin.NET / Kraliçanın 100 milyonluq yaxtası mübahisələr doğurdu

Kraliçanın 100 milyonluq yaxtası mübahisələr doğurdu

Kraliçanın 100 milyonluq yaxtası mübahisələr doğurdu


Böyük Britaniya kraliçası II Elizabet üçün tikilməsi nəzərdə tutulan 100 milyon funt-sterlinq dəyərində yaxta mübahisələr doğurub. Daily Telegraph qəzetinin yaydığı məlumata görə, bəzi nazirlər 104 metrlik özəl yaxtanın düzəldilməsinə razılıq veriblər.

Qadin.Net bildirir ki, publika.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, “üzən saray” adlandırılan yaxta 34 yerlikdir. Orada kraliçanı mühafizə edəcək dəniz piyadaları ilə yanaşı, 125 nəfərlik heyət də xidmət göstərəcək. Yüz nəfərlik toplantı salonu, habelə helikopter meydançası olacaq yaxta dənizdə 45 gün fasiləsiz qalaraq, 6 min mil məsafə qət edə biləcək. Yaxtanın illik istismarının 10 milyon funt-sterlinqə başa gələcəyi gözlənilir.

Hələ 1997-ci ildə tamamlanmış yaxta layihəsi o vaxt hakimiyyətə gələn Toni Bleyer tərəfindən təxirə salınmışdı. Ötən ilin martında yenidən gündəmə gələn layihə xarici işlər naziri Boris Consonun da dəstəyini alıb. O, kraliçanın dəbdəbəli yaxtasının ölkənin imicinə güclü təsir göstərəcəyini bildirməklə yanaşı, layihənin dövlət vəsaiti ilə deyil, özəl ianələr hesabına reallaşmasının məqsədəmüvafiq olduğunu deyib.

Layihənin əleyhdarları isə bütün hallarda bunu israfçılıq hesab edirlər.

14 oktyabr 2017
GO BACK