Leonardo da Vinçinin şəxsi kolleksiyasının son nümunələrindən biri olduğu iddia edilən rəsm əsəri hərraca çıxarılacaq.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ilkin qiyməti 120 milyon dollar olacaq 16-cı əsrə aid əsərdə "Dünyanın xilaskarı” adlanan İsa Məsih təsvir edilib. Maraqlı əsər "Salvator Mundi" adlanır.
Rəsm 1506-1513-cü illərdə Fransa Kralı 12-ci Lyudovik üçün çəkilmişdi. Əsərin ilk sahibləri 17-ci əsrdə yaşamış İngiltərə kralları birinci və ikinci Karl olmuşdu.
Lakin məşhur "Salvator Mundi" əsəri 19-cu əsrin sonlarında naməlum səbəblərdən itmişdi. Uzun illər əsərin Da Vinçiyə aid olmadığı düşünülüb. Daha sonra restavrasiya zamanı mütəxəssislər əsərin həqiqətən də Da Vinçiyə məxsus olduğunu elan ediblər.
Hazırda "Salvator Mundi" əsərinin adının açıqlanmasını istəməyən amerikalı bir oliqarxın əlində olduğu iddia edilir.