Qadin.NET / Kralın 500 min dollarına görə qovuldu - FOTO

Kralın 500 min dollarına görə qovuldu - FOTO

Kralın 500 min dollarına görə qovuldu - FOTO


Qana Beynəlxalq Bankının (Ghana International Bank) baş icraçı direktoru Mark Artur maliyyə vəsaitləri ilə bağlı əməliyyatlarda qanun pozuntusuna yol verdiyinə görə işdən qovulub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, səbəb Mark Arturun Qana kralı 2-ci Osey Tutuya məxsus 500 min dolları Britaniyadakı iki bankın hesablarına köçürməyə çalışmasıdır.

Əməliyyatı ABŞ-ın Milli Təhlüykəsizlik Agentliyi (NSA) aşkarlayıb və bu barədə London Sitisinə məlumat verib.

Bəlli olub ki, Ghana International Bank-ın baş icraçı direpktoru Mark Artur kral 2-ci Osey Tutunun Henli-Temzadakı evinə çağırılıb. Orada kralın göstərişi ilə bankirə 200 min funt-sterlinq və 200 min dollar nağd pul verilib, həmin vəsaiti Britaniyadakı banklarda açılmış hesablara yatırmaq tapşırılıb.

Kralın evini tərk edən Mark Artur "Uber" taksisi vasitəsilə Hartfordşirdəki Nyu-Barnetə, kralın digər evinə yollanıb, orada hesabların nömrələrini alandan sonra pulu banklara yatırmağa çalışıb.

İlk olaraq o, "Standard bank"ın Cersidəki filialına 200 min dollar köçürmək istəyib. Daha sonra o, ikinci əməliyyata hazırlaşanda "proses" ifşa olunub.

Mark Artur çirkli pulları yumaqda suçlanıb, 500 min dollar isə müsadirə edilib.

Qana kralı 2-ci Osey Tutu Afrikanın ən zəngin 10 adamından biridir. O, idarə etdiyi ölkədəki qızıl mədənləri və kakao plantasiyaları hesabına milyardlar qazanıb.

11 oktyabr 2017
GO BACK