"Barbi" gəlinciklərinə olan sevgisindən Jason Torres adlı gənc öncə cinsiyyətini dəyişdirib, daha sonra saysız əməliyyatlar keçirərək özünü onlara oxşatmağa çalışıb.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, Amerikada yaşayan 35 yaşlı Torres bu arzusuna çatmaq üçün nə az nə çox düz 12 ilini sərf edib.
O, bu zamana qədər 5 sinə, 4 burun və çənə əməliyyatı keçirib. Əməliyyatlarına 200 min sterlinq xərcləyən Jason, "Nə yaxşı ki, mənə yardım edən zəngin dostlarım var. Artıq görünüşümdən məmnunam" deyib.