Rusiyanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cari ilin sentyabrında qəbul edilən yeni qaydalara görə, istifadə müddəti keçmiş köhnə zibil qutuları yeniləri ilə əvəzlənəcək.
Publika.az xəbər verir ki, paytaxt Moskvanın mərkəzi küçələrində “ağıllı zibil” qutuları artıq quraşdırılıb. Yeni nəsil zibil qutuları müəyyən limitlə işləyəcək. Belə ki, yerli texnologiyalar əsasında hazırlanan zibil qutuları maksimum dolduğu zaman yaxınlıqdakı bələdiyyə binasına xüsusi siqnal ötürülür. Siqnal eyni zamanda, vətəndaşlar üçün “daha zibil atmaq qadağandır” mənasını ifadə edir.
İlin sonuna qədər paytaxt və digər bölgələrə də həmin zibil qutularının quraşdırılması nəzərdə tutulur.