Qadin.NET / Kennedinin çimərlik geyimi 3,5 min dollara satıldı - FOTOLAR

Kennedinin çimərlik geyimi 3,5 min dollara satıldı - FOTOLAR

Kennedinin çimərlik geyimi 3,5 min dollara satıldı - FOTOLAR


Nyu-Yorkda "Guernsey's" hərracında ABŞ-ın 35-ci prezidenti olmuş Con Kennedinin şəxsi əşyaları satışa çıxarılıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, prezidentin əşyaları içərisində iki ədəd çimərlik geyimi də olub. Onların biri 3,5 min dollara, digəri isə 1,8 min dollara satılıb.

Dünən keçirilən hərracda həmçinin prezident Kennediyə məxsus kater 75 min dollara, xüsusilə Kennedi üçün (onurğa sütunundakı travmaya görə) hazırlanmış iki ədəd kreslo 10 və 30 min dollara satılıb.

Prezidentin xanımı Jaklin Kennedinin göy rəngli çimərlik geyimi isə 1,8 min dolara satılıb.

10 oktyabr 2017
GO BACK