Qadin.NET / Azərbaycanda üçəm qız dünyaya gəldi - Zeynəb, Zəhra, Rüqəyyə

Azərbaycanda üçəm qız dünyaya gəldi - Zeynəb, Zəhra, Rüqəyyə

Azərbaycanda üçəm qız dünyaya gəldi - Zeynəb, Zəhra, Rüqəyyə


Zeynəb, Zəhra, Rüqəyyə...

Milli.Az bildirir ki, İbayevlər ailəsi dünyaya gələn üçəmin sevincini yaşıyır.

Abşeron rayonun Saray qəsəbəsində yaşayan ailənin indiyə kimi bir qız övladları olub. Uşaqların anası Könül İbayeva deyir ki, İkinci hamiləliyi zamanı həkim nəzarətindən keçən zaman bu dəfə üçəm gözlədikləri məlum olub. Özüdə hər üçü qız.

İndi bu ailəsinin 4 qız övladı var. Valideyn olmağın böyük məsuliyyətindən danışan ana, bu işdə ona qaynanasının da köməklik etdiyini deyir.

Körpələrin üçü də sağlamdır və artıq öz evlərindədirlər.

9 oktyabr 2017
GO BACK