Azərbaycan qazının Avropaya çıxarılması üçün inşa edilən TANAP boru kəmərinin keçdiyi ərazidə qədim Roma dövründən qalma tapıntılar aşkar edilib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, qədim Roma şəhərinə aid olan tapıntılar Türkiyənin Kütahya bölgəsində boru kəməri üçün aparılan qazıntılarda ortaya çıxıb.
Əraziyə gələn arxeoloqlar əlavə qədim əşyalar və insan skeletləri də aşkarlayıb.
Bu tapıntılara görə, boru kəmərinin tikintisi daha ehtiyatla aparılacaq.
Tapıntıların bizim eranın 2, ya da 3-cü əsrinə aid olduğu ehtimal edilir.